Biz Kimik?
2022-ci ildən etibarən fəaliyyət göstərən Medical Organization, tibb sahəsində biznes qurmaq və ya mövcud biznesini inkişaf etdirmək istəyən hüquqi və fiziki şəxslərə xidmətlər təqdim edir.
Bizim Missiyamız:
Bizim əsas missiyamız sahibkarlara beynəlxalq standartlara uyğun xəstəxana və ya digər tibbi müəssisələrin qurulmasına kömək etmək, onların bizneslərini genişləndirmək və idarə etməkdə dəstək olmaqdır. Eyni zamanda, dünyada tibb sahəsindəki yenilikləri öz ölkəmizə gətirərək tibbi standartların yüksəldilməsini hədəfləyirik.
Bizim Vizyonumuz:
Hədəfimiz daim ən yüksək xidməti göstərmək və hər kəsin etibar etdiyi şirkət olmaqdır.
Bizim Xidmətlərimiz:
Xəstəxanaların qurulması, idarə edilməsi, klinika işinin auditi, xəstəxanaların dəyərləndirilməsi, tibbi supervayzer xidmətləri, tibbi kadr təminatı, tibbi bələdçi xidməti, ailələrə tibbi məsləhətçi xidməti, tibbi marketinq, sosial marketinq, xəstəxana idarəetmə sistemləri, və veb saytların hazırlanması daxil olmaqla, geniş xidmət spektrini təklif edirik.
Bizimlə Əlaqə:
Sağlam bir iş ortaqlığı qurmaq üçün bizimlə əlaqə saxlayın və biz, sizin tibb sahəsindəki hədəflərinizə çatmağınıza kömək edək.
Medical Organization